Bakıda və Abşeron yarımadasında avqustun 21-22-də gözlənilən küləkli hava şəraiti ilə əlaqədar SOCAR-ın “Azneft” İstehsalat Birliyi istehsalat sahələrində təhlükəsizlik tədbirlərini artırıb.
Finss.az – Avqustun 21-22-də Bakıda və Abşeron yarımadasında gözlənilən küləkli və qeyri-sabit hava şəraiti ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyi istehsalat sahələrində təhlükəsizlik tədbirlərini gücləndirib.
Birlikdən verilən məlumata görə, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülüb.
Bütün sahələrdə maarifləndirmə işləri aparılır, mövcud vəziyyət nəzarət altındadır.
Qeyd edək ki, avqustun 21-22-də Bakıda, Abşeron yarımadasında və bəzi bölgələrdə küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıqlar verilib.
© report